Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident “Tufan” gəmisində
Prezident “Tufan” gəmisində
13 Yanvar 2017 / 16:14 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4

Yanvarın 13-də Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.

arxiv.bizimxeber.az-ın AzərTac-a istinadən məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb və  onların texniki göstəriciləri ilə tanış oldu.

Dövlət başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə də maraqlanıb.

İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Daha sonra dövlət başçısı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə