Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Samsung” rəhbəri 1 sutkaya yaxın dindirildi
“Samsung” rəhbəri 1 sutkaya yaxın dindirildi
13 Yanvar 2017 / 16:26 / Baxış sayı: 1052
Font1 Font2 Font3 Font4

Cənubi Koreyada “Samsung Electronics” korporasiyasının rəhbərinin oğlu, hazırda faktiki olaraq şirkətə rəhbərlik edən Li Çje En dindirilib.

İKT.lent.az-ın “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Li Çjen En korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılmış ölkə prezidentinin işinin istintaqını aparan xüsusi komissiyaya şübhəli şəxs qismində 22 saat ifadə verib. Hələlik onun həbsi barədə qərar qəbul olunmayıb.

L. Ç. En ifadəsində bildirib ki, prezident Pak Kın He onu öz rəfiqəsi Soy Sun Sil ilə əlaqəli qurumlara pul köçürməyə məcbur edib. O, irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

İstintaq hesab edir ki, “Samsung” Almaniyada Soy Sun Silə məxsus şirkətə 18 milyon dollar pul köçürüb. Konsaltinq xidmətləri müqabilində ödəndiyi bildirilən bu vəsait əslində yarış atları, müvafiq yarış ləvazimatları və Soy Silin qızına at yarışı təlimi verilməsinə sərf olunub. Bundan başqa, “Samsung” Soy Silin nəzarət etdiyi iki qeyri-hökumət fonduna 17 milyon dollar ayırıb. Bunun əvəzində Soy Sil prezidentlə yaxın əlaqələrindən istifadə edərək “Samsung” və “Cheil İndustries İnc.” şirkətlərinin birləşməsinə icazə verilməsi üçün Pensiya Fonduna təzyiq göstərib.

Qeyd edək ki, Cənubi Koreya parlamenti prezident Pak Kın He ilə bağlı impiçment proseduru tətbiq edərək onu vəzifədən kənarlaşdırıb.

 

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə