Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maaş və pensiyalar artacaq – RƏSMİ
Maaş və pensiyalar artacaq – RƏSMİ
13 Yanvar 2017 / 23:41 / Baxış sayı: 1314
Font1 Font2 Font3 Font4

“Bu il Azərbaycanda pensiya və maaşlar artırılacaq”. Bunu deputat Vahid Əhmədov deyib. 

İqtisadçı deputat bildirib ki, pensiyaların və maaşların artırılması dövlət büdcəsində nəzərdə tutulub: “Cənab prezident Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bu məsələyə toxundu. Ölkə başçısı bildirdi ki, maaş və pensiyalar artırılmalıdır. Prezidentin tapşırığı icra olunacaq. Hesab edirəm ki, il ərzində maaş və pensiyaların artırılmasının şahidi olacağıq”.
V.Əhmədov qeyd edib ki, əsasən büdcə təşkilatlarından çalışan insanların maaşı artacaq: “Müəllimlərin, həkimlərin və sosial sahədə çalışanların maaşında artım olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.
Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır: “Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”.(azvision.az)
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə