Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ naziri — “Putin təxribat törədir”
ABŞ naziri — “Putin təxribat törədir”
13 Yanvar 2017 / 23:49 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4

ABŞ-ın gələcək müdafiə naziri general Ceyms Matis Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə Vladimir Putinin dünya üçün böyük təhlükə törətdiyini bildirib.

arxiv.bizimxeber.az xəbər verir ki, Ceyms Matis ABŞ-ı Rusiya ilə ehtiyatlı olmağa çağırıb. Onun fikrincə, D.Tramp Rusiyaya çox da güvənməməlidir:
“Rusiya Şimali Atlantika Alyansını sındırmağa cəhd göstərir. Putin təxribat törədir. ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır. ABŞ heç vaxt Rusiyaya inanmamalıdır”, – deyə Ceyms Matis bildirib.
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp isə onun hakimiyyəti dövründə Rusiya ilə yaxşı münasibətlərin qurulacağını bildirmişdi.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp “Twitter” hesabında müdafiə naziri vəzifəsinə ən real namizədin “Mad Dog”(quduz köpək) ləqəbli general Ceyms Matis (James Mattis) olduğunu bildirib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə