Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sədərəy”ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var – FOTO
“Sədərəy”ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var – FOTO
14 Yanvar 2017 / 11:18 / Baxış sayı: 1804
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

arxiv.bizimxeber.az salamnews-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər – 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə-beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə