Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp barədə “şok kompromat”ı bu adam hazırlayıb – FOTO
Tramp barədə “şok kompromat”ı bu adam hazırlayıb – FOTO
14 Yanvar 2017 / 11:26 / Baxış sayı: 1262
Font1 Font2 Font3 Font4

ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə sıx əlaqələri, habelə guya Moskvanın Trampı sürəkli şantaj etməsi ilə bağlı “şok kompromat” hesabatın müəllifi britaniyalı Kristofer Stildir.

Milli.Az The İndependent-ə istinadən bildirir ki, 52 yaşlı Stilin dediyinə görə, aldığı məlumatlardan və informasiyalardan təlaşa düşdüyü üçün hesabatı kimsədən pul almadan, təkbaşına hazırlayıb.

Kristofer Stil Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin sabiq əməkdaşı, “Orbis Business Intelligence Ltd” şirkətinin banisi və sahibidir.

Donald Tramp 2016-cı ilin iyul ayında Respublikaçılar Partiyasından prezidentliyə namizəd seçiləndən sonra Demokrat Partiyası məxfi şəkildə K.Stilə müraciət edərək ona “rəqib milyarder” barədə kompromat toplamağı sifariş etmişdi.

Hillari Klinton xüsusilə Donald Trampın Rusiya ilə əlaqələri barədə informasiyaların əldə edilməsində maraqlı olduğunu vurğulamışdı.

K.Stil də işə başlamış, aylarla çalışmışdı.

Donald Tramp prezident seçkilərində qalib gələndən sonra Demokrat Partiyası onunla əməkdaşlığı dayandırmışdı. Fəqət, K.Stil “kompromat axtarışları”nı davam etdirirdi. O, Wall Street Journal-ın sabiq əməkdaşı Qlenn Simpsonla birlikdə çalışırdı.

K.Stilin dediyinə görə, “Rusiyanın ABŞ-a kiberhücumları, xüsusilə də Hillari Klinton və onun yaxın ətrafı barədə kompromatların açıqlanması” onu daha fəal işləməyə sövq etmişdi.

K.Stil əldə etdiyi məlumatları ABŞ və Britaniyanın milli təhlükəsizlik məsələsi saydığından hazırladığı hesabatı Vaşinqtonda və Londonda xüsusi xidmət orqanlarına təhvil vermək istəyirdi.

“ABŞ-ın Federal Təhqiqat Bürosunun problemləri həll etmək üçün effektiv addımlar atacağına inanmıram. Əminəm ki, FTB-dəki bəzi yaramazlar Donald Trampla bağlı təhqiqatların qarşısını alırlar”, – K. Stil demişdi.

Britaniyanın Rusiyadakı sabiq səfiri Endryu Vud amerikalı senator Con Makkeynlə görüşündə “Stil çox peşəkar və vicdanlı insandır” deyəndə durum dəyişib. C.Makkeyn Londona gizli şəkildə öz adamını yollayıb. Həmin şəxs də hesabatı K.Stildən alaraq sənədləri FTB-nin direktoru Ceyms Komiyə verib.

Yanvarın 12-də bəlli olub ki, Kristofer Stil “Rusiyanın intiqamından qorxuram” deyərək evini tərk edib və “yoxa” çıxıb. Britaniya mediasında yer alan məlumatlara görə, Stili qorxudan “Trampla Rusiyanın əlaqələri” adlanan 35 səhifəlik “kompromat hesabatın” müəllifliyinin kimliyinin aşkarlanması idi.

Yanvarın 11-də BuzFeed Britaniya kəşfiyyatının sabiq agentliyinin hesabatını dərc edib. Hesabatda yer alan iddialara görə, Rusiyanın xüsusi xidmət orqanları Donald Trampla yanaşı, prezident seçkilərində onun rəqibi Hillari Klinton barədə kompromat toplayıb. Üstəlik, Rusiyanın Federal Təhlükəsizlik Xidməti guya Trampı 2013-cü ildə o, Moskvada olarkən barəsində toplanmış kompromatla şantaj edirmiş.

Donald Tramp “hesabat”ı sərsəm iddialar toplusu adlandıraraq BuzFeed-i məhkəməyə verəcəyini bəyan edib. Rusiya isə barəsində səslənən iddiaları “sarsaqlıq” təki dəyərləndirib.

Bu arada o da məlum olub ki, “məfxi hesabat” əslində 4chan imicbordundakı populyar prankerlərdən birinin uydurması, ABŞ-ın xüsusi xidmət strukturlarına ünvanlanmış trollinq imiş. Prankerin yazdığına görə, o, sənədləri hələ 2016-cı ilin noyabrında amerikalı siyasi şərhçi Rik Uilsona “yoxlama üçün” veribmiş.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə