Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyalı qaçqına badalaq vuran jurnalistə üç il şərti həbs cəzası verildi
Suriyalı qaçqına badalaq vuran jurnalistə üç il şərti həbs cəzası verildi
14 Yanvar 2017 / 11:43 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4

Qucağında uşaq olan suriyalı qaçqına badalaq vurmuş N1TV özəl internet-telekanalının jurnalisti Petra Lasloya üç il şərti həbs cəzası verilib. Hökmü Macarıstanın Seqed şəhər məhkəməsi çıxarıb. Hadisə 2015-ci ildə ölkənin Serbiya sərhədi yaxınlığında – Macarıstanın cənubunda qaçqın qəbulu məntəqəsi yanında baş verib. Videoyazıda qucağında uşaq tutan suriyalıya jurnalistin necə badalaq vurması və bunun nəticəsində kişinin yıxılması aydın görünür. Videoçarx “YouTube” portalında yerləşdirilib və böyük əks-səda doğurub (https://www.youtube.com/watch?v=EaXnr7kH6ec). Petra Laslo işdən azad edilib, 2016-cı ilin sentyabrında isə Seqed şəhər prokuroru onun haqqında xuliqanlıq ittihamı üzrə istintaq işinə başlayıb.

Jurnalist üzr istəyərək öz hərəkətinin səbəbini təlaş içində olması, ona tərəf qaçan insan izdihamından qorxması ilə izah edib.

Yeri gəlmişkən, badalaq oğlana populyarlıq gətirib, hətta pərəstiş etdiyi Kriştian Ronaldo onunla görüşüb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə