Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə sərhəddə 330 kilometrlik beton divar çəkdi
Türkiyə  sərhəddə 330 kilometrlik beton divar çəkdi
14 Yanvar 2017 / 22:57 / Baxış sayı: 964
Font1 Font2 Font3 Font4

Türkiyə Suriya və İraqla sərhəddə 330 kilometr uzunluğunda beton hasar çəkilməsini başa çatdırıb. Ölkənin cənub sərhədlərində, həmçinin 191 kilometrlik tikanlı məftillər çəkilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Anadolu informasiya agentliyi Türkiyə Baş Qərargahına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, görülən müvafiq tədbirlər ötən il dövlət sərhədini qanunsuz keçməyə göstərilən 57 min cəhdin qarşısının alınmasına və 424 mindən çox insanın saxlanmasına kömək edib.

Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyat həyata keçirir. Əməliyyatın məqsədi Suriya ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır. Hazırda birləşmiş qüvvələr İŞİD terror qruplaşmasının yaraqlılarını Əl-Bab şəhərindən vurub çıxarmağa cəhd göstərirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə