Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əliyevlə danışıqlara gedərkən Sərkisyanı partlatmaq?
Əliyevlə danışıqlara gedərkən Sərkisyanı partlatmaq?
14 Yanvar 2017 / 23:44 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4

Ermənistanda 2015-ci ilin dekabrında zərərsizləşdirilən və ölkədə silahlı dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan qrupun işi üzrə məhkəmə prosesi gedir.

Virtualaz.org xəbər verir ki, məhkəmə prosesi qapalı keçirilir. Ancaq qrupun rəhbəri Artur Vardaryan məhkəmə iclasından çıxarılarkən jurnalistlərə “Bizi məhv etməyə çalışırlar, ancaq bu heç cür mümkün olmayacaq” deyə qışqırmağa imkan tapıb.

Xəbər verildiyi kimi həmin silahlı qrup silahlı çevriliş həyata keçirərək dövlət orqanlarının binalarını ələ keçirməyi, habelə prezident Serj Sərkisyanın təyyarəsini partlatmağı planlaşdırıb. “Aravot” qəzetinə açıqlamasında Artur Vardanyanın vəkili Levon Baqdasaryan deyib ki, onun müdafiə etdiyi şəxs irəli sürülən ittihamlarla qətiyyən razı deyil. Lakin vəkil qruplaşmanın müəyyən planlar cızdığını inkar etmir. Onun fikrincə, əgər belə planları həyata keçirməyə cəhd göstərilməyibsə cinayətdən də söhbət gedə bilməz.

Bəs qruplaşmanı həbs edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bildirdiyi kimi Vardanyan prezident Sərkisyanın təyyarəsini Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparmaq üçün həmin il noyabrın 29-da Parisə uçarkən “yer-hava” raketi ilə vurub partlatmağı planlaşdırıbmı?

Vəkil deyir ki, bu suala ilkin istintaqı aparan orqan-Milli Təhlükəsizlik Xidməti aydın cavab verib. Bildirib ki, qruplaşma doğrudan da Sərkisyanın təyyarəsini partlatmağı planlaşdırıb. Ancaq qrupun rəhbəri Vardanyan bu plandan imtina edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə