Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə referendum hazırlıqları başladı
Türkiyədə referendum hazırlıqları başladı
15 Yanvar 2017 / 12:14 / Baxış sayı: 980
Font1 Font2 Font3 Font4

Referendum aprelin 2-nə təyin edilib

Türkiyədə 18 maddəlik konstitusiya dəyişikliyi layihəsinin 16 maddəsi icra edici orqan qəbul edildikdən sonra ölkədə referendum hazırlıqlarına başlanılıb.

İstiPress xəbər verir ki, yerli mətbuat Ali Seçki Qurumunun (YSK) 2 aprel tarixi üçün hazırlıqlara başladığını bildirib.

“Sabah” qəzetinin əldə etdiyi məlumata görə, YSK referendum prosesini idarə etmək üçün 30 təmimnamə hazırlayıb. Referendum qərarı Rəsmi qəzetdə elan edildikdən sonra həmin təmimnamələr qüvvəyə minəcək. Təmimnamələrdə seçki məntəqəsi əməkdaşlarının vəzifələri, təhlükəsizlik və referendum prosesi müəyyən edilib.

Bundan başqa YSK nümunə səsvermə bülleteni də hazırlayıb. Referendumda qanunvericiliyə görə lehinə ağ bülleten, əleyhinə qəhvəyi bülletendən istifadə olunacaq.

Bir müddət əvvəl qüvvəyə minmiş qanun qüvvəli qərarnaməyə görə ölkə xaricindəki seçicilər üçün ünvan bildirmək məcnuriyyəti ləğv edilib. Beləliklə də yaşayış ünvanı göstərə bilməyən xaricdəki seçicilər sadəcə şəxsiyyət vəsiqələrini göstərərək səs verə biləcəklər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə