Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Palatasına daha bir səlahiyyət verildi
Maliyyə Palatasına daha bir səlahiyyət verildi
15 Yanvar 2017 / 15:32 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib.

APA xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 13 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb.

Mülki Məcəlləyə əsasən ipoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bankın qiymətli kağızları və ya emitentin Mərkəzi Bankda saxlanılan depozitləri, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarından ibarət ola bilər.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanına əsasən Nazirlər Kabineti ipoteka örtüyünün əlavə aktivlərinə daxil ola biləcək dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarını müəyyən etməli idi. Fərmana edilən dəyişikliyə əsasən Nazirlər Kabineti bu sahədə yalnız həmin dövlətlərin müəyyən edilməsi meyarlarını hazırlayacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası isə Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara uyğun olaraq, müvafiq dövlətlərin siyahısının özünün rəsmi internet səhifəsində dərc edilməsini və mütəmadi olaraq yenilənməsini təmin edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə