Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “12-ci imam” peyda olub – VİDEO
Bakıda “12-ci imam” peyda olub – VİDEO
15 Yanvar 2017 / 21:55 / Baxış sayı: 2600
Font1 Font2 Font3 Font4

Bu günlərdə Bakı sakinin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib. O iddia edir ki, 12-ci imamdır. İmran Əliyev adlı şəxs həmçinin İsa peyğəmbərin geri göndərildiyini də deyir. Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqressiya ilə qarşılanıb.

arxiv.bizimxeber.az xezerxeber.az-a istinadən bildirir ki, özünü Əliyev İmran Xeyrulla oğlu kimi təqdim edən bu şəxs çəkdiyi video müraciətlə 12-ci imam Mehdi Sahibəz-Zaman olduğunu iddia edir. Özü də rus dilində.

O əvvəlcə bütün inanclı insanları salamlayır. Deyir ki, bu gün bu videoyazını bütün dünya görəcək. Bakı şəhərində yaşadığını da vurğulayan İmran iddia edir ki, 2 il bundan qabaq ona Allah tərəfindən vəhy gəlib. Güya ona deyiblər ki, 12-ci imam Mehdi Əleyhissəlam onun özüdür. İlahiyyatçı Ağa Hacıbəylidən də bu məsələyə münasibət öyrəndik.

İmran daha da qabağa gedərək İsa peyğəmbərin geri qayıtdığını da deyir. Bildirir ki, İsa peyğəmbər Rusiya federasiyasının prezidenti Vladimir Putindir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildirdilər ki, belə videolar müxtəlif adamların dili ilə tez-tez yayılır. Onları ciddi qəbul etmək olmaz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə