Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İslam Hərbi Koalisiyası İraq və Suriyada hərbi əməliyyatlar aparacaq
İslam Hərbi Koalisiyası İraq və Suriyada hərbi əməliyyatlar aparacaq
15 Yanvar 2017 / 23:19 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4

Səudiyyə Ərəbistanının formalaşdırdığı İslam Hərbi Koalisiyası Suriya və İraqda İŞİD terrorçuları ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi alyans ilə səylərini birləşdirməyə hazırdır.

Bunu “Sky News Arabia” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının müdafiə nazirinin məsləhətçisi general Əhməd Asiri bəyan edib.

Ə.Asiri deyib ki, İslam Hərbi Koalisiyası növbəti mərhələdə Rakka və Mosulda İŞİD-in məhv edilməsində iştirak edəcək.

Qeyd edək ki, Ə. Asirinin bu bəyanatı Ər-Riyadda ABŞ-ın rəhbərlik etdiyi alyansın üzvü olan 14 ölkənin qərargah rəislərinin görüşünün keçirilməsi fonunda səslənib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2015-ci il dekabrın 15-də İslam Hərbi Koalisiyasının yaradıldığını elan edib. İŞİD və qlobal terrorizmə qarşı yaradılan bu hərbi bloka 34 müsəlman ölkəsi daxildir. Yeni struktura Pakistan Quru Qoşunlarının sabiq komandanı general Rahil Şərif başçılıq edir.(APA)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə