Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Paris konfransında iki dövlətli həll prinsipi yenidən təsdiq edildi
Paris konfransında iki dövlətli həll prinsipi yenidən təsdiq edildi
15 Yanvar 2017 / 23:23 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Bu gün Parisdə keçirilən Yaxın Şərqdə sülh konfransının iştirakçıları İsrail-Fələstin münaqişəsində iki dövlətli həll prinsipinə sadiq olduqlarını bir daha təsdiq ediblər və hər hansı bir tərəfdən görüləcək birtərəfli tədbirləri tanımayacaqlarını bəyan ediblər.

AzərTAc xəbər verir ki, bu barədə Paris konfransının yekun bəyannaməsində bildirilir.

Yetmiş ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdən sonra verilən bəyanatda yeni ABŞ Administrasiyasının təklifləri, xüsusilə Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə təklifi ilə bağlı heç bir aydın qeyd yoxdur.

Bəyanatda, həmçinin bu ilin sonunadək maraqlı ölkələrin iştirakı ilə monitorinq iclasının keçiriləcəyi də vurğulanıb.

*   *   *15:44

Bu gün Parisdə Fələstin-İsrail nizamlanması üzrə beynəlxalq konfrans işə başlayıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, konfransda 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir.

Tədbirdə çıxış edən Fransanın xarici işlər naziri Jan Mark Eyro konfrans iştirakçılarına müraciət edərək “Biz bu gün burada çoxuq. Çünki vəziyyətin ağırlığını dərk edirik”, – deyə bildirib.

Nazir vurğulayıb ki, iki müstəqil dövlətin – Fələstin və İsrailin mövcudluq konsepsiyası real təhlükə altındadır. O, ötən il dekabrın sonunda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamənin İsraildən işğal edilmiş fələstin ərazilərində qəsəbələrin tikintisini dayandırmağı tələb etdiyini bildirib.

Eyronun sözlərinə görə, konfransın əsas məqsədi iki dövlətin konsepsiyasının böhrandan çıxış üçün yeganə çıxış yolu olduğunu qəti şəkildə bəyan etməkdən, beynəlxalq aləmin israillilər və fələstinlilər arasında təkbətək danışıqların təşkili üçün şəraitin yaradılmasına konkret töhfə verməkdən, həmçinin ən yaxın aylarda bu istiqamətdə fəaliyyət proqramını nəzərdə tutmağı təsdiq etməkdən ibarətdir.

Yeri gəlmişkən, qeyd edək ki, Fransanın hakimiyyət orqanları İsrailin baş naziri Binyamin Netanyahunu və Fələstin lideri Mahmud Abbası konfransa dəvət ediblər. Lakin konfransı “aldadıcı” adlandıran Netanyahu Parisə gəlməyib.

Fransanın təşəbbüsünü dəstəkləyən Mahmud Abbas isə bunun iki ölkə üçün həll tapmaqda bəlkə də son imkan olduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə