Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Serbiya Kosovoya ordu göndərməyə hazırdır
Serbiya Kosovoya ordu göndərməyə hazırdır
15 Yanvar 2017 / 23:45 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4

Serbiya prezidenti Tomislav Nikoliç yanvarın 14-də Belqraddan Kosovonun şimalı istiqamətində hərəkət etməli olan qatarın dayandırılmasından sonra Kosovo albanlarını “müharibəyə təhrik etməkdə” günahlandırıb.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

“Dünən (yanvarın 14-də – red.) biz toqquşma astanasındaydıq”, – deyə T.Nikoliç bildirib.

O qeyd edib ki, Serbiya “öz ərazisinin hər düyümünü”, eləcə də, öz keçmiş Kosovo əyalətini müdafiə edəcək. Prezidentin sözlərinə görə, orada etnik serblər Kosovo albanları tərəfindən təhlükə altındadırlar.

T.Nikoliç bildirib ki, “əgər serblər qətlə yetirilərlərsə, biz ora ordu göndərəcəyik”.

Serbiya yanvarın 14-də Belqraddan Mitroviçaya gedən promo-qatarı Kosovoda dəmir yolu xəttinin minalanması barədə xəbər səbəbindən dayandırmaq qərarına gəlib.

Serbiyanın Rusiyadan aldığı qatar serb bayrağının rənglərinə boyanıb və üzərində 21 dildə “Kosovo Serbiyanındır” yazısı olub.

Qeyd edək ki, Serbiya 2008-ci ildə müstəqilliyini elan edən Kosovonu tanımır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə