Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə təyyarəsi qəzaya uğradı: 42 ölü (VİDEOXƏBƏR) – YENİLƏNİB
Türkiyə təyyarəsi qəzaya uğradı: 42 ölü (VİDEOXƏBƏR) – YENİLƏNİB
16 Yanvar 2017 / 14:17 / Baxış sayı: 1602
Font1 Font2 Font3 Font4
 Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb.

arxiv.bizimxeber.az xəbər verir ki, Bunu Qırğızıstan Baş nazirinin birinci müavini, qəza ilə bağlı yaradılan Hökumət Komissiyasının rəhbəri Muxammedkalıy Abulqaziyev deyib. Onun sözlərinə görə, ölənlərin 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində ciddi xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib.

Muxammedkalıy Abulqaziyev bildirib ki, təyyarə hava şəraitinin pis olması və ekipajın vəziyyəti düzgün qiymətləndirə bilməməsi səbəbindən qəzaya uğrayıb.

O, əlavə edib ki, Qırğızıstanın “Manas” hava limanı təyyarə qəzası ilə əlaqədar bir neçə saat bağlı qaldıqdan sonra fəaliyyətini bərpa edib.

**

Türkiyənin “ACT” Hava Yolları yükdaşıma şirkətinə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfər çatıb.

Qəzadan sonra hadisə yerində başlayan yanğın söndürülüb.

***
10:27
Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.

Qırğızıstan Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisinin İstanbulda yerləşən “ACT” Hava Yolları yükdaşıma şirkətinə aid olmasına dair məlumat yayıb.

Daha öncə təyyarənin “Türk Hava Yolları”na məxsus olduğu bildirilirdi.

***
(10:06)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə “Manas” Beynəlxalq aeroportunun qalxma-enmə zolağına 1,2 kilometr qalmış yerə çırpılıb.

Təyyarə Bişkek ətrafındakı qəsəbəyə düşdüyünə görə həlak olanların çoxu burada yaşayan sakinlərdir. Qırğızıstan Hökumətinin verdiyi məlumata əsasən, təyyarə düşən ərazidə 32 fərdi ev dağılıb.

Qırğızıstanın səhiyyə naziri Talanbek Batıaliev qəza yerindədir və xilasetmə işləri davam etdirilir. O deyib ki, səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya göndərilib, bunların altısı uşaqdır.

***
(09:09)

“Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.

Honkonqdan qalxan “Boeing 747” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.

Təyyarə Bişkek aeroportunun yaxınlığında yerləşən evlərin üzərinə düşüb. 15 binaya ziyan dəyib. Həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Hadisə yerli vaxtla 07:30-a baş verib.

Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev və baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qırğızıstanın Manas hava limanı uçuşları dayandırıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

Son məlumatlara görə, Qırğızıstan prezidenti Almazbek Atambayev qəzanın araşdırılmasını tapşırıb. Dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə