Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2-ci sinif şagirdi avtomobil qəzasında öldü
2-ci sinif şagirdi avtomobil qəzasında öldü
16 Yanvar 2017 / 10:09 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomagistralda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

arxiv.bizimxeber.az salamnews-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Vahidov Kənan Xoşbəxt oğlu anası ilə məktəbə gedən zaman yolu keçmək istəyərkən “Mercedes” markalı 99 GU 876 dövlət nömrə nişanlı avtomaşın onu vurub. 2-ci sinif şagirdi elə hadisə yerində dünyasını dəyişib.

Məktəblinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ Rayon Şöbəsinə aparılıb.

Baş vermiş yol qəzasını araşdıran Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşad Əmirov salamnews-a faktı təsdiqləyərək bildirib ki, hadisəni törədən sürücü Allahverdiyev Famil Murad oğlunun izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə