Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynanın Donbassı azad etmə tarixi açıqlandı
Ukraynanın  Donbassı azad etmə tarixi açıqlandı
16 Yanvar 2017 / 10:16 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4

Donbassın separatçıların və Rusiya hərbçilərinin işğalından azad olunması prosesi 2017-ci ilin payızında başlanmalıdır.

“Report” xəbər verir ki, bunu “Espreso.TV”nin efirində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Georgi Tuka deyib.

O qeyd edib ki, Krım və Donbassın Rusiya işğalından azad edilməsi məsələsini bir-birindən ayırmaq lazımdır. Nazir müavininin fikrincə, işğal olunmuş yarımadanın geri qaytarılması üçün daha çox vaxt lazım gələcək.

“Donbassın qaytarılmasına gəldikdə isə, məndə aydın təəssürat var ki, bizim hardasa payızda bu ərazilərin real olaraq geri qaytarılmasına başlamaq üçün imkanımız olacaq. Çox güman ki, hərbi yolla yox, mən buna çox ümid edirəm”, – deyə Tuka qeyd edib.

O bildirib ki, Rusiyanın iqtisadi dəstəyi olmasa, Ukrayna hökumətinə regionda qayda-qanun yaratmaq üçün maksimum 3 ay vaxt lazım gələcək.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə