Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “Trump Tower”in adı sökülür – Fotolar
Bakıda “Trump Tower”in adı sökülür – Fotolar
16 Yanvar 2017 / 12:04 / Baxış sayı: 2404
Font1 Font2 Font3 Font4

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelin adı sökülür.

Söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” holdinqdir.(Qafqazinfo)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə