Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Samsung” şirkətinin sədr müavininin həbsi üçün order verilib
“Samsung” şirkətinin sədr müavininin həbsi üçün order verilib
16 Yanvar 2017 / 12:33 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4

Cənubi Koreya prokurorluğu ölkənin ən zəngin iş adamlarından biri olan “Samsung Electronics” şirkətinin sədr müavini Li Ce Yonun həbs edilməsi üçün order verib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, məhkəmə orderi təsdiqləsə, Li Ce Yonun artıq yanvarın 18-də həbs edilə bilər.

Biznesmenin Cənubi Koreya prezidenti Pak Kın Henin yaxın rəfiqəsi Çhve Sun Sillə bağlı korrupsiya qalmaqalında əli olub. Xatırladaq ki, ölkə prezidentinə qarşı impiçment elan olunub, onun rəfiqəsi isə korrupsiya və vəzifə səlahiyyətlərindən şəxsi mənfəəti üçün sui-istifadə ittihamı ilə həbs edilib.

İstintaq müəyyənləşdirib ki, “Samsung” şirkəti bu korrupsiya fırıldaqçılığında ən böyük “donor” rolunu oynayıb. Hətta konsern Çhve Sun Silin qızının Almaniyada at minmək üzrə təlimlərdə iştirakı üçün birbaşa səbəbkara bir neçə milyon dollar verib.

Qeyd edək ki, Li Ce Yon keçən ilin oktyabr ayında konsernin Direktorlar Şurasına daxil olub. Onun yaxın gələcəkdə şirkətdə bütün idarəetməni əlinə alacağı gözlənilirdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə