Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanı ələ keçirən 8 cinayətkar milyarder
Dünyanı ələ keçirən 8 cinayətkar milyarder
16 Yanvar 2017 / 21:10 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4

Dünyanın səkkiz ən varlı iş adamının kapitalı Yer üzünün 3,5 milyard insanının toplam kapitalından çoxdur.

İstiPress-in məlumatına görə, bu barədə “Oxfam” təşkilatı “An economy for the 99 percent” məruzəsinə istinadən bildirib.

Araşdırmada qeyd olunur ki, varlılar və yoxsullar arasında fərq əvvəl sanıldığından qat-qat çoxdur. Ekspertlərin fikrincə  vergilərdən yayınan, əmək haqlarını aşağı salan və siyasətə təsir edən iş adamları yalnız bu fərqi artırırlar.

Məruzədə qeyd edilir ki, rəsmi 1 trilyon dollara malik insan yaxın 25 il ərzində qeydə alına bilər. Halbuki, dünyada hər 10 adamdan biri gün ərzində 2 dollardan az xərcləyir.

“Bütün dünya üzrə insanlar yoxsulluq içində çabalayır. Onların maaşları aşağı salınır, bossları isə evlərinə mükafat kimi milyonlarla dollar aparırlar. Bu insanların tibbə və təhsilə çıxışı məhdudlaşdırılıb, korporasiyalar və ən varlı adamlar vergi ödəməkdən imtina edirlər. Yoxsulların səslərini eşitmirlər, hökumətlər isə varlıların ehtiyaclarına uyğunlaşdırılır”,- deyə “Oxfam”ın icraçı direktoru Vinni Byanima bildirib.

Daha öncə bildirilib ki, dünyanın varlı adamlarının ümumi kapitalı 2016-cı ildə $237 mlrd. artıb.

“Forbes”in məlumatına görə, 2016-cı ildə dünyada 1810 dollar milyarderi olub. Onların toplam kapitalı 6,48 trilyon dollar olub.  Bu siyahıya 75 milyard dollar vəsaiti olan Bill Qeyts rəhbərlik edib.  2016-cı ildə tutulmuş siyahıya görə,2015-ci ildə bütün dünya üzrə ümumi daxili məhsul (ÜDM) 75 trilyon 130 milyard dollar təşkil edib. Ən varlı ölkə ABŞ-ın ÜDM-i 17,9 trilyon dollara bərabər olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə