Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bazar ertəsi sindromu – Ondan necə qurtulaq?
Bazar ertəsi sindromu – Ondan necə qurtulaq?
23 Yanvar 2017 / 9:00 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4

Müasir dövrdə gərgin iş həyatı və uzunsürən iş saatları insanların həyatına birbaşa təsir edir. Bazar ertəsi sindromu beş günlük sıx iş müddəti nəticəsində həyatımıza təsirini göstərir. İki günlük istirahət müddətində işin stressini atan insanlar yeni həftədə eyni qrafikə dönməkdə çətinlik çəkirlər. Aile.lent.az mövzu ilə bağlı türkiyəli həkim Mehmet Yavuzun fikrilərini təqdim edir.

İş həyatında böyük bir monotonluq yaşayan insanlar beş günlük gərgin iş saatları nəticəsində iki günlük istirahətlə stresslərini ata bilirlər. Lakin çox vaxt iş-ev arasında keçən bu dövr iş stressi ilə birləşdikdə bazar ertəsi sindromu qaçılmaz olur. Həkim bildirir ki, insanlar həftəsonu alışdıqları rahatlıqdan uzaqlaşıb, yenidən gərgin iş həyatına adaptasiya olmaqda çətinlik çəkirlər: “Bazar ertəsi sindromu deyilsə də, əslində bu böhran halı bazar gecəsindən etibarən başlayır. “Sabah yenə iş başlayır, dincələ bilmədim heç” kimi qayğı yaşayanlar özlərini mənfi istiqamətə kökləyirlər. Bazar ertəsi yalnız bir gün olsa da, yüklənən mənfi hal adama günlərlə təsir edir”.

Araşdırmalardan biri sübut edib ki, insanlarda bazar ertəsi günündə hiss etdikləri stress əslində çərşənbə axşamı, çərşənbə və cümə axşamı günlərindən toplanır. Müasir dövrün rəqabətli iş həyatı insanlara təsir edir. Zamanla yarışan fərdlər stressli ruh halına bürünürlər. Yalnız pul qazanmaq üçün işləmək insanlara mənfi təsir edir. Mütəxəssis bildirir ki, bu cür insanlar özlərini həyatda məqsədsiz hiss edirlər. Vaxt keçdikcə iş həyatından zövq ala bilmirlər və nəticədə həftəsonu onlar üçün dözülməz hala gəlir: “Bunun digər səbəbi isə yuxu nizamıdır. Yuxu nizamı hər həftə sonu, əvvəlki günlərə nisbətən diqqətə çarpan formada dəyişir. Həftə içi yuxusuz qaldığımız zamanları həftə sonu kompensasiya etməyə çalışırıq. Bu vəziyyət bioloji saatımızın nizamını pozur. Daha çox yuxu həftənin əvvəlində özümüzü daha yorğun hiss etməyimiz və buna görə də bazar ertəsi günləri digər günlərə nisbətən daha çətin oyanmağınıza səbəb olur”.

 

Alimlərin fikrincə, insanlar sabit çəkilərini qorusalar belə, bazar ertəsi günləri çəki bir az da olsa artır. Eyni zamanda, bazar ertəsi günləri infarkt halları daha çox baş verir. Qan təzyiqinin ən yüksək olduğu gün də yenə bazar ertəsidir: “Bu mənfi duyğulardan xilas ola bilmək üçün insanlar əvvəlcə hisslərini dəyişdirməlidirlər. Mənfi düşüncələr stress hormonlarına təsir edir. Bunun nəticəsində insanların enerjisi düşür, özlərini yorğun və xəstə kimi hiss edirlər. Həyata və hadisələrə baxış forması çox əhəmiyyətlidir. Bunun üçün də insanların motivasiyasını artıran ictimai fəaliyyətlərlə məşğul olması əhəmiyyətlidir”.

Bazar ertəsi günü yaşanılan kədərli duyğulardan xilas ola bilmək üçün həmin günü həftəsonuymuş kimi fəal keçirmək olar. Dostlarla görüşüb maraqlı vaxt keçirmək, sevdiyiniz hobbi ilə məşğul olmaq həftənin stressini asanlıqla ata bilər: “Yuxu nizamına diqqət edildiyi təqdirdə insanlar yeni həftəyə daha asan adaptasiya ola bilər. Buna görə də bazar gecələri rahatladıcı bitki çayları için. Eyni zamanda, idman etmək də sizin köməyinizə çatar. Bədəndəki serotonin hormonunu artıran idman insanı daha gümrah və xoşbəxt hiss etdirir. Bütün günü masa arxasında işləyənlər nizamlı idmanı həyatlarına daxil etsələr, bədənlərindəki ağrıların da azaldığını görəcəklər”.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə