Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məcburi köçkünlər kommunal xidmətləri özləri ödəyəcək – QƏRAR
Məcburi köçkünlər kommunal xidmətləri özləri ödəyəcək – QƏRAR
16 Yanvar 2017 / 14:30 / Baxış sayı: 1284
Font1 Font2 Font3 Font4

Bir neçə gündür ki, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı məsələ gündəmdə müzakirə olunur.

Bununla bağlı məsələyə “Qaçqınkom” un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov aydınlıq gətirmişdi. O bildirmişdi ki, limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur.

arxiv.bizimxeber.az xəbər verir ki, bu gün isə qafqazinfo.az-a oxuculardan biri “Azərsu” ASC tərəfindən vurulmuş elanla bağlı müraciət edib. Elanda bildirilir ki, 2017- ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Su və kanalizasiya haqqının ödənilməsi bölməsi” üzrə Qaçqınların və Məcburi Köçüknlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişinin nəzərdə tutulmaması ilə əlaqədar 01.01.2017-ci il tarixindən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər( limitlər) ləğv edilib .

Məsələni aydınlaşdırmaq üçün “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlanılıb. A.Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: “Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı “Qaçqınkom” tərəfindən “Azərsu” ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri “Azərsu” ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir”.

“Azəriqaz” Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də sayta açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: “Hazırda əvvəlki qaydada ödənişlər həyata keçirilir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə