Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Windows 10 Mobile” sistemində yaddaş kartlarını şifrləmək mümkün olacaq
“Windows 10 Mobile” sistemində yaddaş kartlarını şifrləmək mümkün olacaq
17 Yanvar 2017 / 8:23 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

“Microsoft” korporasiyasının “Windows 10” masaüstü əməliyyat sisteminə böyük diqqət ayırması hər kəsə məlumdur. Bununla belə, şirkət hələ ki mobil versiyadan imtina etmək niyyətində deyil. “Windows 10 Mobile” sisteminin 15007 nömrəli son insayder quraşdırmasında iki yeni funksiya istifadəyə verilib. Funksiyalardan biri smartfonun şarjı doldurulduqda “Glance Screen” mobil proqramının aktiv olmasını təmin edir.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, ikinci yenilik isə yaddaş kartlarının şifrlənməsidir. Bu funksiya ilk növbədə korporativ müştərilər üçün nəzərdə tutulub.

“15007 nömrəli quraşdırmadan sonra indi “Windows 10 Mobile” sistemi ilə işləyən korporativ qurğular telefona yerləşdirilmiş “SD” kartları şifrləmək imkanına malikdirlər” – yeni funksiyanın təsvirində deyilir.

Qurğunun şifrlənməsini “Yeniləmə və Təhlükəsizlik” bölməsində aktivləşdirmək olar.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə