Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda yeni həşəratlar tapılıb
Azərbaycanda yeni həşəratlar tapılıb
17 Yanvar 2017 / 21:18 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu tərəfindən Qafqazın və Azərbaycanın faunası üçün yeni olan hörümçəklər və digər həşəratlar aşkar edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Trend-ə İnstitutun direktoru Elman Yusifov məlumat verib.

E.Yusifovun sözlərinə görə, tədqiqatlar nəticəsində 1 növ hörümçək (Alioranus pastoralis) Qafqaz faunasında, 1 cins (Odontoscirus), 2 növ gənə (Odontascirus iota, Brevipalpus phoenicis) və 4 növ hörümçək (Anagraphis pallens, Dysdera armeniaca, Tapynocyba pallens, Thyreosthenius parasiticus) Azərbaycan faunasında ilk dəfə tapılıb.

E.Yusifov deyib ki, azərbaycanlı alimlər həm də elm üçün ilk dəfə 5 növ otbiçənin (Mediostoma izmirica Snegovaya, Rilaena caucasica Snegovaya, Rilaena silhavyi Snegovaya, Opilio rossicus Snegovaya, Opilio morini Snegovaya) və 1 növ hörümçəyin (Pterotricha pseudoparasiriaca) təsvirini veriblər.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə