Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalıb
Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalıb
16 Yanvar 2017 / 16:13 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4

Ötən il Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalaraq, 42 073 nəfər təşkil edib. Avropaya qaçqın axınının ən güclü olduğu 2015-ci ildə bu ölkədə sığınacaq üçün müraciət edən şəxslərin sayı təxminən 90 min nəfər olmuşdu.

Sığınacaq üçün müraciət edənlərin sayının kəskin azalmasında qaçqınların əsas hərəkət yolu olan Balkan marşrutunun bağlanması və Türkiyə ilə uğurlu əməkdaşlıqla yanaşı, Avstriya Hökumətinin tətbiq etdiyi məhdudiyyətlər də böyük rol oynayıb. Hökumətin qərarına əsasən, il ərzində sığınacaq üçün müraciət edənlərin yuxarı həddi kimi 37 500 nəfər müəyyən edilib. Ötən il sığınacaq üçün ərizə verən şəxslərin 36 030 nəfərinin ərizələri baxılmaq üçün qeydiyyata alınıb. Ən yuxarı hədd keçildikdə sərhəddə saxlanılan qaçqınların ölkə hüdudları daxilinə buraxılmamasına dair hökumətin qərarı hələ də qeyri-hökumət və beynəlxalq təşkilatların tənqid hədəfindədir.

Avstriyada sığınacaq üçün müraciət edən şəxslərin əsas hissəsi Əfqanıstan, Suriya, İraq, Pakistan və İran vətəndaşlarıdır.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə