Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilqəm Əsgərovun atası iflic oldu
Dilqəm Əsgərovun atası iflic oldu
16 Yanvar 2017 / 16:10 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.

Azvision.az-ın məlumatına görə, bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Onun sözlərinə görə, babası hazırda həkim nəzarətindədir.

“On gün idi ki, babam atamın adını çəkib, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Dilqəmin vəziyyəti ağırdır, onu görmək istəyirəm. Artıq üç gündür ki, babamın vəziyyəti ağırdır. Həkimlər onun iflic olduğunu deyirlər. Əli, bədənin bir hissəsi hərəkətsiz vəziyyətdədir. O, artıq danışdıqlarımızı da eşitmir. Hərdən atamın adını çəkir. Babam oğlunun yolunu gözləyir”.

K.Əsgərov sonuncu dəfə atasından dekabr ayında məktub aldıqlarını deyib.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə