Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran generalı Bakıdakı mühüm həbslərdən danışdı
İran generalı Bakıdakı mühüm həbslərdən danışdı
16 Yanvar 2017 / 17:06 / Baxış sayı: 1876
Font1 Font2 Font3 Font4

İran hökumətinin tələbi ilə ölkə xaricində Babək Zəncaninin cinayət işinin əsas iştirakçısı olan iki mühüm şəxs həbs edilib.

 

Axar.az Tehrantimes.com xəbər verir ki, bunu İnterpolun İran bürosunun rəhbəri briqada generalı Məsud Rezvani söyləyib. O, korrupsiya işində şübhəli bilinən şəxslərdən birinin keçən həftə Bakıda həbs edildiyini və Tehrana ekstradisiya olunduğunu bildirib. Digər şübhəli isə Mərkəzi Amerika ölkələrindən birində yaxalanıb və onun da İrana təhvil verilməsi həyata keçirilir.

Qeyd edək ki, keçən ilin martında İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Rüşvət və saxta sənədlər hazırlayaraq dövlətin 2.8 milyard dollar pulunu mənimsəməkdə ittiham edilən Zəncaninin ölüm hökmünü sonrada İran Ali Məhkəməsi də təsdiq edib. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.

Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab (hazırda ABŞ-da həbs altındadır – red.) onun Türkiyədəki əsas ortağı hesab edilir.

Bir müddət öncə də rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini açıqlamışdı. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunurdu.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə