Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hansı icra başçısı Çovdarovun məhkəməsinə çağırılacaq? – ŞOK SİYAHI
Hansı icra başçısı Çovdarovun məhkəməsinə çağırılacaq? – ŞOK SİYAHI
16 Yanvar 2017 / 18:56 / Baxış sayı: 3000
Font1 Font2 Font3 Font4

Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun və hazırda məhkəməsi gedən komandasının məhkəmə prosessində birinciyə yaxın olan icra başçılarının siyahısı açıqlana bilər.

arxiv.bizimxeber.az-a daxil olan bilgiyə görə, Eldar Mahmudov müxtəlif yollarla icra başçılarını öz nəzarətinə götürüb, onları belə demək mümkündürsə qoruyub.

Zaman-zaman mətbuatda bu icra başçılarının Eldar Mahmudov komandasında olduğu yazılsa da, bu günə kimi hələ rəsmi qaydada təsdiqləınməyib.

Xatırlayırsınızsa, Salyanın icra başçısı Sevindik Hətəmovun Yardımlıda icra başçısı olduğu dönəmlərdə mətbuatda Mahmudov – Hətəmov əlaqələri barədə geniş məlumatlar verilmişdi. Hətta o zaman qeyd olunurdu ki, Sevindik Hətəmovla Eldar Mahmudovun 2 saatlıq müəmmalı görüşü də baş tutub. Bu barədə yazılanlara ciddi təpki verən icra başçısı daha sonra susmağa üstünlük vermişdi.

Bu günlərdə adı Mahmudovla biznes əlaqələrində çəkilən Mərdan Camalov da susdu. Bir kəlmə də olsun yazılanlara reaksiya vermədi. Hansı ki, o iddialar qarşısında susmaq qızıl deyil, əksinə…

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun Eldar Mahmudov və Əli Abbasovla əlaqələri konkret olaraq faktlarla ortaya qoyuldu. Amma bu icra başçısı da susdu. 

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Mahmudovun sağ əli sayılan Çovdarov bir neçə icra başçısını məhkəməyə ifadə verməyə dəvət etməyə mərcbur olub. Məlumata görə, Mahmudovla əlaqələrinə görə, bu icra başçıları məhkəməyə ifadə vermək üçün dəvət oluna bilər. Hər halda bu konkret məhkəmə istintaqına aid olan məsələdir.

sevindik hetemov

Salyanın icra başçısı – Sevindik Hətəmov

razim

Xətainin icra başçısı – Razim Məmmədov

rovshen bagirov

Lerin icra başçısı – Rövşən Bağırov

Ceyhun ceferov

Kürdəmirin icra başçısı – Ceyhun Cəfərov

merdan camalov

Şirvanın icra başçısı – Yavər Camalov

xaleddin

Binəqədinin icra başçısı – Xaləddin İsgəndərov

Ferecov

Sumqayıtın icra başçısı – Zakir Fərəcov

mahmudov mirdamet

İsmayıllının icra başçısı Mirdamət Sadıqov

Daha bir maraqlı məlumata görə, Ceyhun Cəfərovla, Yavər Camalovun yaxln günlərdə vəzifədən uzaqlaşdırılması gözlənilir.

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə