Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

92 və 95 benzin bahalaşdı – Rusiyada
92 və 95 benzin bahalaşdı – Rusiyada
16 Yanvar 2017 / 19:04 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4

Ötən həftə ərzində Rusiyada “Ai-92” və “Ai-95” markalı benzinin pərakəndə satışı bahalaşıb. Rusiya KİV-ləri xəbər verir ki, “Ai-92” markalı benzinin ölkə üzrə 1 litrinin orta qiyməti 4 qəpik artaraq 35,56 rubl (1,07 manat), “Ai-95” markalı benzinin qiyməti isə 5 qəpik qalxaraq 38,49 rubl (1,15 manat) olub.

Məlumata görə, ən böyük artım Cənubi Federal Dairənin ərazisində baş verib. Burada “Ai-92” markalı benzinin qiyməti 36 qəpik bahalaşaraq 38,8 rubl/litr(1,16 manat) təşkil edib. Uzaq Şərq və Sibirdə isə bu benzinin qiyməti 6 qəpik azalaraq 36,66 rubl/litr (1,10 manat) olub.

“Ai-92” markalı benzinin 1 tonunun orta birja qiyməti 39 634 rubl olub ki, bu da əvvəlki həftədən 84 rubl çoxdur. Bu marka benzinin orta topdansatış qiyməti 262 rubl artaraq 39 826 rubl olub.

“Ai-95”-in 1 litrinin qiyməti Cənubi Federal Dairədə 38 qəpik artaraq 40,06 rubla qalxıb. Bu markalı benzinin 1 tonunun orta birja qiyməti əvvəlki həftədən 98 rubl artaraq 41 081 rubla, orta toprdantsatış qiyməti isə 106 rubl artaraq 40 865 rubl/ton olub. Dizel yanacağının qış növünün 1 litrinin qiyməti ötən həftə 22 qəpik artaraq 37,17 rubl olub.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə