Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzi Bank 5 milyon manatı dövriyyədən çıxarmağa hazırlaşır
Mərkəzi Bank 5 milyon manatı dövriyyədən çıxarmağa hazırlaşır
17 Yanvar 2017 / 10:20 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

Yanvarın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

arxiv.bizimxeber.az  fins.az-a istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması fondun ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar fevralın 15-də ödəniləcək.
Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilərlər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edəcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərinin qəbul edilməsinə icazə verilir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə