Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hökumət yenidən dəyişdirilir
Hökumət yenidən dəyişdirilir
17 Yanvar 2017 / 10:23 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4

Ermənistanda yeni yaradılan hökumət dəyişdirilir. Ermənistanın yeni baş naziri Karen Karapetyan istefaya göndərilir. Serj Sarkisyan onun fəaliyyətindən narazı qaldığını, bu təyinatla böyük səhvə yol verdiyini deyib.

arxiv.bizimxeber.az  Azərtac-a istinadən xəbər verir ki, baş nazirin yerinə yeni müdafiə naziri Vigen Sarkisyan gətirilir. Siyasi ekspertlər bunu hökumətin növbəti oyunu hesab edirlər.
“Joxovurd” qəzeti yazır ki, hakimiyyət Ermənistanda vəziyyəti qaydaya salmaq əvəzinə belə şoular göstərməyə artıq vərdiş edib. Bütün bunlar S.Sarkisyanın hökumət postunda möhkəmlənməsinə hesablanıb. Çünki aprel ayında keçiriləcək parlament seçkilərinə və gələn ilin aprelində prezidentin səlahiyyətlərinin başa çatacağı müddətədək hakimiyyət daha loyal baş nazirin olmasını istəyir. Məhz buna görə siyahıya müdafiə naziri V.Sarkisyan rəhbərlik edəcək.
Qeyd olunur ki, K.Karapetyan vəzifəyə gətirildiyi gündən Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu da cinayətkar rejimi ciddi narahat etməyə başlayıb. Siyasi ekspertlərin fikrincə, bu rejimin Ermənistanda edəcəyi istənilən dəyişiklik xalqın rifahına yox, hakimiyyətin özünə xidmət edir. Amma bunun da limiti başa çatmaq üzrədir. Ona görə də 2017-ci il Sarksiyan rejimi üçün ciddi sınaq ili olacaq.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə