Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kamil Zeynallı “qara siyahı”ya salınacaq? – AZAL-dan açıqlama
Kamil Zeynallı “qara siyahı”ya salınacaq? – AZAL-dan açıqlama
17 Yanvar 2017 / 10:24 / Baxış sayı: 3186
Font1 Font2 Font3 Font4

ATV telekanalında yayımlanan “Kişi klubu”nun aparıcısı, tanınmış idman ustası Kamil Zeynallının “Azərbaycan Hava Yolları” QSC-ə məxsus təyyarədə qeyri-etik hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta qalmaqal o qədər böyüyüb ki, idmançı bu haqda xəbər yazan jurnalistləri təhqir etməkdən belə çəkinməyib.

“Azərbaycan hava Yolları” QSC məsələyə rəsmi münasibət bildirib. AZAL-dan AzVision.az-a verilən məlumata görə, bu hərəkətinə görə Kamil Zeynallı “qara siyahı”ya salınmayacaq.

“Sərnişinin davranışı başqa sərnişinlərin rahatlığına və uçuş təhlükəsizliyinə bilavasitə təsir edə biləcək kimi qiymətləndirilərsə, onun adı arzuolunmaz sərnişinlər siyahısına əlavə oluna bilər. Hələlik heç bir rəsmi müraciət olmadığından Kamil Zeynallıya heç bir xəbərdarlıq da olunmayıb”.

Qurumdan bildirilib ki, uçuş zamanı təhlükəsizlik qaydalarını pozan sərnişinlər müvafiq milli qanunvericilik və beynalxalq qaydalar əsasında məsuliyyətə cəlb oluna bilərlər.(azvision.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə