Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

OPEC-in növbəti toplantısı keçiriləcək
OPEC-in növbəti toplantısı keçiriləcək
17 Yanvar 2017 / 12:05 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4

Cari ilin birinci rübündə Neft İxrac edən ölkələr təşkilatının (OPEC) növbəti toplantısı keçirilə bilər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra deyib.

“Biz növbəti razılaşmaya doğru irəliləyirik və buna nail olacağıq”, – deyə N.Maduro bildirib.

Xatırladaq ki, noyabrın 30-da OPEC-ə üzv olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın bu ilin yanvarından 1,2 milyon barel azaldılaraq, 32,5 milyon barel səviyyəsinə çatdırılması ilə əlaqədar razılıq əldə olunub. Dekabrın 10-da isə OPEC-ə üzv olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barel azaltmaq barədə razılığa gəliblər. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə