Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Başçı Nizaməddin Quliyev bir ananın ölümünə baiskar oldu – TƏFSİLAT
Başçı Nizaməddin Quliyev bir ananın ölümünə baiskar oldu – TƏFSİLAT
17 Yanvar 2017 / 12:51 / Baxış sayı: 1602
Font1 Font2 Font3 Font4

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin heç bir əsas olmadan işdən çıxartdığı Təhməzov Əli Ələsgər oğlunun anası Aslanova İradə Məhiş qızı vəfat edib. Bu barədə Qaynarinfo.Az-a mərhumənin yaxınları məlumat verib.

Qeyd edək ki, 13 ilə yaxındır Goranboy rayon İcra Hakimiyyətində çalışan Əli Təhməzov heç bir əsas olmadan işdən azad olunub. İradə Aslanova bununla bağlı prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətlərində bildirmişdi.

İradə Aslanova müraciətlərində qeyd edirdi ki, Nizaməddin Quliyev hansı marağın xatirinə müxtəlif bəhanələrlə oğluna qarşı təxribat və böhtan kampaniyası aparır. Bu barədə prezidentə müracətdən sonra təxribat və böhtan kapmaniyaları bir qədər səngiyib. Lakin icra başçısı sakitləşməyib və 55 manat qəzet pulunu mənimsəmək bəhanəsi ilə onu işdən çıxartırıb.

İradə Aslanova Mehriban xanıma bildirmişdi ki, ağır ürək və qalxanvari vəz xəstəliklərindən əziyyət çəkir. Başçının oğluna qarşı apardığı şər və böhtan kampaniyasından sonra səhhəti daha da pisləşib: “Oğluma qarşı başlanan təxribatlardan və böhtanlardan sonra səhhətim daha da pisləşmişdir. Bildirmək istəyirəm ki, mən bu ərəfələrdə həyatımı itirərəmsə, bunun səbəbkarı başçı Nizaməddin Quliyev, onun təxribatları və böhtanları olacaq”.

 

Bu müraciətdən bir müddət sonra – yanvarın 3-də İradə Aslanova ürək tutmasından vəfat edib. Yaxınları İradə xanımın vəfatına görə icra başçısını günahlandırır. Öz müraciətində qeyd etdiyi kimi, oğluna qarşı aparılan şər və böhtan kampaniyası onun ölümünə səbəb olub.

 

Bu arada qeyd edək ki, Əli Təhməzova qarşı edilən haqsızlıqlarla bağlı hələ heç bir ölçü götrülməyib. Bütün rəsmi qurumlara edilən müraciətlər nəticəsiz qalıb və Nizaməddin Quliyev vətəndaşa qarşı haqsızlıqları davam edirir. İcra başçısı hələ bilmir ki, İcra aparatı yanında şuranın qərar vermək hüququ yoxdur, ən son həddə tövsiyə vermək hüququ var. Rəsmi müracətlər olunsa da, başçı imkan vermir ki, şuranın “qərarı” ilə işdən çıxarılan Əli Təhməzov haqqında verilən qərarla tanış olaraq İcra Hakimiyyəti işçisinə yaraşmayan hansı hərəkətlərə görə işdən azd edilib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə