Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah Bakıda yağış yağacaq
Sabah Bakıda yağış yağacaq
17 Yanvar 2017 / 14:10 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

arxiv.bizimxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə zəif duman, çiskin olacaq, axşam isə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 2-4°, gündüz 6-9, ° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə