Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov bloger Lapşinin Azərbaycana verilməsinin əleyhinə çıxdı
Lavrov bloger Lapşinin Azərbaycana verilməsinin əleyhinə çıxdı
17 Yanvar 2017 / 13:17 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4

Moskvada keçirilmiş mətbuat konfransında Ermənistanda dərc edilən “Novoye vremya” qəzetinin əməkdaşı Rusiyanın xarici işlər naziri Sergey Lavrova Belarusda bloger, Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin saxlanılması ilə bağlı sual verib. 

Lapşin dekabrın 15-də Minskdə Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb. Onun Dağlıq Qarabağa səfər etdiyi və bununla da, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozduğu üçün ölkəmizə təhvil verilməsi gözlənilir.

Virtualaz.org “newsru.co.il” portalına istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov bununla əlaqədar deyib: “Biz jurnalistlər və fiziki şəxslər tərəfindən hər hansı əraziyə səfər edilməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz RF vətəndaşlarının ekstradisiyasının əleyhinəyik”.

Lavrov xatırladıb: “Bizim Belarusla ittifaq dövlətimiz var və bu, özündə vahid viza və miqrasiya parametrlərinin razılaşdırılmasını, həmçinin arzu olunmayan və olunan şəxslərin vahid siyahısının tərtib edilməsini ehtiva edir. Həmçinin ekstradisiya sahəsində”.

Lavrovun sözlərinə görə, rusiyalı diplomatlar Lapşinlə əlaqə saxlayıblar. Eyni zamanda, İsrail diplomatlarının da blogerlə əlaqədə olması qeyd edilib. “Biz israillilərlə sıx əlaqədə işləyirik”, – nazir bildirib və əlavə edib ki, vəziyyətin tənzimlənməsi üçün zəruri addımlar atılacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə