Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kişilər bu qadınları sevir
Kişilər bu qadınları sevir
17 Yanvar 2017 / 23:10 / Baxış sayı: 1100
Font1 Font2 Font3 Font4

İdeal həyat yoldaşı olmağın 3 yolu

Almaniyadan olan alimlər ideal həyat yoldaşının 3 əsas keyfiyyətini müəyyən ediblər. İstiPress-in məlumatına görə, psixoloqlar kişilərin özlərinə ömür-gün yoldaşı seçəndə əsas 3 xüsusiyyətə oriyentasiya olduğunu deyirdilər. Kulinar bacarıqlar, gözəllik və intim həyatda fəallığı.

Alimlər də psixoloqların dediklərinin reallığını yoxlamaq üçün araşdırmaya başlayıblar. Bunun üçün onlar sorğu təşkil ediblər. Sorğuda isə 20-50 yaş arası kişilər iştirak edib.

Nəticədə bəlli olub ki, kişilər ilk olaraq qadının kulinar bacarıqlarını qiymətləndirirlər. Dadlı təamlar hazırlaya bilən zərif cinsin nümayəndələri xarici görkəmindən asılı olmayaraq daha asanlıqla ailə qura bilir.

İkinci yerdə cazibədarlıqdır. Kişilərin böyük əksəriyyəti öz yanlarında baxımlı, gözəl, daima diqqət çəkən qadın görmək istəyir.

Üçüncü keyfiyyət isə intim həyatla bağlıdır. Qadınların yataqda fəallığı, utanmadan hərəkət etmələri onları cəlb edən ən güclü faktorlardandır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə