Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları – SİYAHI
İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları – SİYAHI
17 Yanvar 2017 / 14:25 / Baxış sayı: 3702
Font1 Font2 Font3 Font4

Yüksək vəzifə tutan məmur övladlarının ölkənin qanunverici orqanında müxtəlif postlara yerləşdirilməsi ənənə halını alıb. 

Gununsesi.info Milli Məclis Aparatında çalışan yüksək vəzifəli şəxslərin övladları ilə bağlı araşdırma aparıb. Araşdırmamızın birinci mərhələsində şəhər və rayon icra hakimiyyəti başçılarının övladları yer alıb.

Milli Məclisdə çalışan bu şəxsləri siz də tanıyın:

Uzun illər müxtəlif rayonlarda icra hakimiyyətinin başçısı vəzifəsini tutan Mübariz Ağayevin oğlu Hüseyn Ağayev Milli Məclis sədrinin müavininin köməkçisi işləyir.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun oğlu Fuad Məmmədov  Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini vəzifəsini tutur.

Bundan başqa Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu Ramil İsaqov da Milli Məclisdə mühüm post tutan məmur uşaqlarındandır.

Bakının Nizami Rayon icra hakimiyyətinə rəhbərlik edən Arif Qasımov da oğlunu (Fuad Qasımov) Milli Məclisdə yerləşdirənlərdəndir.

Abşeron Rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədov da parlament aparatında çalışır. Onun qardaşı oğlu İlkin Qəhrəmanov da onun oğluyla birlikdə Milli Məclisdə işlə təmin olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə