Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tələbə imtahandan sonra öldü – YENİLƏNİB
Tələbə imtahandan sonra öldü – YENİLƏNİB
17 Yanvar 2017 / 14:39 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4

14:25

Bu gün Gəncə Dövlət Universitetində baş vermiş tələbə ölümünün səbəbi müəyyənləşib. Universitetdən lent.az-a bildirilib ki, Pedaqoji fakültənin magistratura mərhələsinin tələbəsi, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəim oğlu imtahandan çıxandan sonra özünü pis hiss edib. O, yazılı imtahanda iştirak edib və daha sonra fakültənin dəhlizində müvazinətini itirərək yıxılıb. Dərhal təcili yardıma müraciət edilib. O, xəstəxanaya aparılıb. Lakin artıq gec olub.

Universitetdən bildirilib ki, İ.Həşimli epilepsiya tutması keçirib. İmtahana gəlincə, o, bu gün yazılı imtahanda iştirak edib. Universitetdə müsbət xarakterli tələbə kimi xarakterizə olunan İbrahimin kəsiri olmayıb.
———-

12:39

Bu gün Gəncədə, universitetdə ölüm hadisəsi baş verib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetində magistraturada təhsil alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu dərs zamanı huşunu itirib, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Müayinə zamanı onun öldüyü məlum olub. Tələbənin universitetdə anidən özünü pis hiss edərək yerə yıxıldığı və orada öldüyü bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə