Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satıbmı?
Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satıbmı?
17 Yanvar 2017 / 18:04 / Baxış sayı: 1378
Font1 Font2 Font3 Font4

Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan “Moskvarium”un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər. arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı öz mənbələrinə istinadən yazır.

Q. Nisanov və Z. İliyevə məxsus “Kiyev meydanı” QSC-nin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, “Moskvarium”da aparılan struktur dəyişiklikləri mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmir.

Xatırladaq ki, bu gün RBK agentliyi öz mənbələrinə istinadən yazıb ki, A. Rotenberqə məxsus şirkətlər “Moskvarium”un sahibinə çevriliblər: “Hazırda okeanariumun tam sahibi Rotenberqin strukturlarıdır”.

Q. Nisanov və Z. İliyev okeanariumun tikintisinə 1,5 mlrd. dollar yatırıblar. Rusiyanın “daşınmaz əmlak kralları” layihədən mənfəət əldə edə bilməyiblər.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə