Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü – VİDEO
Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü – VİDEO
18 Yanvar 2017 / 9:07 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

Bir valideyn 5 yaşlı övladının bağçada müəllim-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, ötən gün övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onun müəlliməsi vurub. Qarşı tərəf isə iddiaları inkar edir.

arxiv.bizimxeber.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Vüqar Qocayev oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Ata övladını bağçaya yola salarkən sifətində heç bir iz-yara olmayıb. Amma axşam bağçaya gedəndə aşkar edib ki, uşağın dodağında yara var.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar da Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

arxiv.bizimxeber.az 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə