Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Göygöl təhsilinin “atası” olan Atayev haqda müdhiş korrupsiya – Dosyesi
Göygöl təhsilinin “atası” olan Atayev haqda müdhiş korrupsiya – Dosyesi
18 Yanvar 2017 / 9:21 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4

Göygöl rayon Təhsil Şöbəsinin direktoru Elbrus Atayev özünü rayon təhsilinin “atası” hesab edir. Onun bu hegemonluğu və arxayınlığı Göygölün icra hakimi Arif Seyidovun himayədarlığına söykənir

E.Atayev Regional Təhsil Mərkəzinin rəhbəri olmaq üçün çaba sərf etsə də, nəticəsiz qalıb.

O, icra başçısının köməyinə güvənsə də, Təhsil Nazirliyinə E.Atayevin təqdimatını vermək mümkün olmayıb. Buna səbəb yuxarılarda şöbə müdiri haqda mənfi rəy formalaşmasıdır.

Təhsil naziri Mikayıl Cabbarov onun bu vəzifəyə təyinatından imtina edib. Bundan sonra E.Atayev Göygöl təhsilinin anasını ağlar günə qoymağa davam edib.
İcra başçısı ilə əlbir olaraq Göygöl təhsilini supermarket kimi idarə edən şöbə müdirini dağıdıcılıq-talançılıq ehtirasları soyumur.

Onun sanki qarşısında Göygöl təhsilini məhv etmək öhdəliyi qoyulub. Son illərdə rayon təhsili o dərəcədə geriləyib ki, ali məktəbə qəbul olunanların sayı azalır.

Dərslərə davamiyyətin aşağı düşməsi, müəllimlərin tədrisə başdansovdu yanaşması, rayon təhsil şöbəsinin bu halları aradan qaldırmaq əvəzinə laqeyd münasibəti məktəb direktorlarının əl-qolunu açıb.

Onların iş prinsipi E.Atayevin xəracını vaxtı-vaxtında çatdırmaq üzərində qurulub. Üstəlik, Atayev böhrandan sonra vəziyyətin pisləşməsindən gileylənib.

Hətta yaxın çevrəsində bəyan edib ki, bu xəracda onun 30 faiz payı var, yerdə qalan 70 faiz isə rayon rəhbərliyi ilə nazirlikdəki havadarlar arasında bölüşdürülür.

Bu iddiaların ciddi şəkildə araşdırılmasına zərurət var. E.Atayevin Göygöl təhsilinə divan tutmasının səbəbləri o zaman üzə çıxa bilər.

Ümumiyyətlə, rayonun orta məktəblərindəki attestat alveri ilə külli miqdarda pulun toplanıldığına dair söyləntilər də mövcuddur.

Göygöl sakinləri də təsdiqləyə bilərlər ki, hazırda rayonda məktəbli formasından tutmuş, gündəliyə qədər hər şey satdırılır. Təbii ki, bu da əhalinin ciddi narazılığına səbəb olur.

Deyilənlərə görə, Elbrus Atayev Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gəldikdən sonra rayonun məktəblərində fakültativ məşğələ və digər dərsdən kənar təlim formaları demək olar ki, tədris olunmur.

Dövlət büdcəsindən Göygöl Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsində bir sıra nöqsanlar mövcuddur. Belə ki, təhsil xərclərinin proqnoz layihələri əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə müvafiq iqtisadi əsaslandırma aparılmayıb.

Eyni zamanda, xərc smetaları üzrə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib, bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, təyinatdan kənar vəsait xərc edilib.

Ehtimal olunur ki, araşdırmalar zamanı digər bir sıra qanun pozuntularının, o cümlədən Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin yol verdiyi neqativ halların üstü açıla bilər.

Bir müddət əvvəl Göygöl rayonu Texniki-Təbiət fənnləri təmayüllü liseyin keçmiş direktor müavini Pərvanə Tağıyevanın mətbuatda çıxışı yayılmışdı.

Texniki-Təbiət fənnləri təmayüllü liseyin direktorunun törətdiyi yaramazlıqlardan bəhs olunarkən, materiallarda belə bir fakt da təqdim olunmuşdu ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Göygöl rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev barəsində də araşdırmaya başlayıb.

Baş Prokuror Zakir Qaralova göndərilən həmin şikayətlərin birində isə qeyd olunurdu ki, Göygöl rayonu Texniki-Təbiət fənnləri təmayüllü liseyin direktoru Fəxri İsmayılov əslində uzun illər Rusiya bazarlarında ticarətlə məşğul olub.

Təhsil şöbəsinin müdiri Elbrus Atayev isə ona bu vəzifəyə təyin oluna bilməsi üçün, guya 1 saylı orta məktəbdə vaxtilə müəllim işləməsinə dair saxta sənəd verib.

Sonra əməkdar müəllim Sabir Məmmədov Göygöl RTŞ-nin müdiri Elbrus Atayevin qanunsuz əməllərini ifşa edib. Məsələn, S.Məmmədov yazır:

“Elbrus Atayev 2012-2013-cü tədris ilinin başlanğıcında Gəncə şəhəri 16 saylı orta məktəbdə işləyən Gülər adlı müəlliməni Göygöl rayon Quşqara kənd orta məktəbinə direktor təyin etmişdir.

Çox təəccüblüdür ki, Gəncə şəhərində 4 mindən, Göygöl rayonunda 2 mindən çox müəllim işlədiyi halda niyə məhz Gülər xanım Elbrus Atayevin diqqətini cəlb etmişdir..?”

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. /politika.az
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə