Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lütfi Zadənin xanımı vəfat etdi
Lütfi Zadənin xanımı vəfat etdi
18 Yanvar 2017 / 10:52 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

Bu barədə oxu.az-a AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə Ümümdünya Konfransının Baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.
Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirələrini bölüşüb: “O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var.
15 dekabr 2016-ci ildən başlayan və 15 fevral 2017-ci ilə qədər davam edəcək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirəm. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə