Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qiyam günü Azərbaycandan dəstək aldıq”
“Qiyam günü Azərbaycandan dəstək aldıq”
18 Yanvar 2017 / 11:01 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4

Ankara meri Melih Gökçek Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mer görüş zamanı Azərbaycana təşəkkür edib. O, Türkiyədəki 15 iyul çevriliş cəhdini xatırlayaraq, ölkəmizin dəstəyini xüsusi vurğulayıb. M.Gökçek “Biz xüsusilə, Azərbaycanın Türkiyəyə dəstəyindən həddindən artıq məmnunuq. Allah razı olsun! Azərbaycan 15 iyul dövlət çevrilişi cəhdi zamanı bizə dəstək olan bir neçə ölkədən biridir. Bilirsiniz, Qərb son dərəcə laqeyid davrandı. Amma dostlar o günlərdə tanındı. Azərbaycanın mövqeyi son dərəcə əhəmiyyətlidir”,-deyə bildirib.

Səfir Faiq Bağırov da öz növbəsində bu dostluğun xüsusiliyini vurğulayıb və bu münasibətin davam edəcəyini bildirib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə