Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

5-ci sinif şagirdindən Prezident İlham Əliyevə ilginc MÜRACİƏT…
5-ci sinif şagirdindən Prezident İlham Əliyevə ilginc MÜRACİƏT…
18 Yanvar 2017 / 11:20 / Baxış sayı: 1848
Font1 Font2 Font3 Font4

“Atam hər hansı həbs və ya cəza alarsa, Rayon Polisinin həyətində ailəlikcə intihar edəcəyik”

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Sabirabad rayon sakini, 5-ci sinif şagirdi Cabbarlı Qədir Natiq oğlu tərəfindən
MÜRACİƏT
“Hörmətli cənab Prezident, mən 5-ci sinif şagirdiyəm, məndən kiçik bir bacım və bir qardaşım var. 20 iyul 2016-cı ildə gecə saat 22 .00-da atam Cabbarov Natiqi küçə qapımıza çağırdılar və atamın çığırtı səsinə qapıya qaçdıqda atamın 3 nəfər tərəfindən vəhşicəsinə döyülməsini gördük, ağlayıb qışqıraraq qonşuları köməyə çağırdıq, ən ağır söyüşlərlə atamı söyərək döyən şəxslər qonşuların çıxmasından sonra qaçdılar. Atam huşsuz halda yerdə qaldı, xəstəxanadan təcili yardım maşını gəldi, atam gecəni xəstəxanada qaldı. Çox ağır bədən xəsarətləri ilə bir qolu da 20 gün gips sarğıda qaldı. Qaçan şəxslərin Məmmədov Gülbala, Muradov Mehralı və Abdullayev Pənah olduğunu öyrəndik, şikayət ərizəsi verdik. İzahatlar alındı, şahid ifadələri alındı, cinayətkarlardan Abdullayev Pənahın xaricə çıxışına qadağa qoyuldu. Lakin bir xəbər tutduq ki, Abdullayev Pənah xaricə çıxıb gedib.
 
Cənab Prezident, bu aylar ərzində çoxlu şikayət məktubları yazsaq da Sabirabad rayon Polis şöbəsi və Rayon Prokurorluğu bu cinayət işini tamamilə cinayətkarların xeyrinə həll etdi. Rayon Polis şöbəsinin müstəntiqi Elnur Əliyev Azərbaycan qanunlarına yaraşmayan hərəkət etdi. Elnur Əliyev cinayətkarlardan izahat almasına baxmayaraq, böyük məbləğdə pul müqabilində onlardan iki nəfərin adını çıxardı, guya atamla Məmmədov Gülbala dalaşıb və tamam saxta cinayət işi qurulub məhkəməyə göndərilib. Rayon prokurorluğu da bu işə göz yumaraq Elnur Əliyevlə əlbirlik nümayiş etdirmişdir. Məhkəməyə göndərilən saxta cinayət işinə görə mənim atama daha ağır iş açılıb, cinayətkarlardan yalnız biri mhkəmədədir. Bu çox böyük haqsızlıq, böyük cinayətdir. Necə olur ki, 3 azyaşlı uşaqların gözü qarşısında atamız vəhşilər tərəfindən ağır söyüşlərlə təhqir olunur və döyülür, amma cinayət işi atama açılır. Hazırda ailəmiz çox gərgin psixoloji durumdadır.
 
Cənab Prezident, çox xahiş edirik ki, Elnur Əliyevin cəzalandırılmasını və Azərbaycan qanunlarını ayaq altına atan rayon polisi və prokurorluğu haqqında ölçü götürülməsini tapşırasınız, atam vəsatət versə də bu saxta iş məhkəmədən geri qayıtmadı və 03 fevral 2017-ci ildə son məhkəmədir. Əgər atam hər hansı həbs və ya cəza alarsa Rayon Polisinin həyətində ailəlikcə intihar edəcəyik. Şikayətlərimizə baxılmır, sonuncu ümidimiz Sizsiniz. Çox sağ olun
Əlaqə telefonu: 050 506 17 07“.\moderator.az\
arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə