Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampı Kennedi kimi öldürə bilərlər
Trampı Kennedi kimi öldürə bilərlər
18 Yanvar 2017 / 12:49 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

Trampın sonunu kim gətirəcək?

İki gündən sonra Donald Tramp and içərək prezident kürsüsündə əyləşəcək. Artıq buna heç kəsdə şübhə yoxdur. Amma əsas məsələ budur ki, Tramp postunda sonuna qədər qala biləcəkmi? Hələ ki, buna ilk inanmayan Rusiya prezidentidir. Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələmək, onu “Maydan” təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir. Belə bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. “Belə təəssürat yaranır ki, onlar Kiyevdə məşq edəndən sonra Vaşinqtonun özündə də “Maydan” təşkil edib bütün mümkün yollarla Trampı hakimiyyətə yaxın buraxmağa çalışırlar. Bu mübarizənin gedişində ən azı iki vəzifə müşahidə olunur: birincisi, prezident seçkilərinin nəticələrini sual altına almaq, ikincisi yeni seçilmiş prezidentin əl-ayağını bağlayıb ona seçki kampaniyası zamanı Amerika xalqına həm ölkənin daxili, həm beynəlxalq arena ilə bağlı verdiyi vədləri yerinə yetirməyə imkan verməmək”- deyə Putin bildirib. Maraqlıdır, Putin bu məsələdə nə qədər haqlıdır?

Qeyd edək ki, ABŞ tarixində prezidentlərin fəaliyyətləri daima xalqın və digər dövlət qurumlarının nəzarətində olub və prezident də öz növbəsində senatla, konqresmenlərlə, əksər hallarda pentaqonla razılaşmaq məcburiyyətində qalacaq. Donald Tramp isə hələ ki, müqavimət göstərir və demək olar ki, heç bir dövlət orqanı ilə hesablaşmaq istəmir. Belə olan halda Donald Trampı nə gözləyir?

İlk ağıla gələn məsələ Trampın suiqəsd nəticəsində zərərsizləşdirilməsi ehtimalıdır. Qeyd edək ki, ABŞ tarixində artıq bir dəfə belə olay yaşanıb. Belə ki, 1964-cü ildə ABŞ prezidenti Con Kennedi seçkilərə hazırlaşan zaman güllələnmişdi. Həmin vaxtlar Con Kennedi ilə bəzi dövlət strukturları arasında ziddiyət yaranmışdı. Əsasən də iş adamları Con Kennedidən narazı idi və nəticə göz qabağındadır. Düzdür, sonralar iddia olundu ki, onun ölümündə SSRİ-nin əli var. Amma əksər ekspert qatilin sifarişçisini elə Amerikada axtarmağı məsləhət bilirdilər. Con Kennedi ilə müqayisədə Donald Trampın durumu daha ağırdır. Onu tək ölkədaxili qüvvələr yox, eyni zamanda digər dövlət başçıları da həzm etmək istəmirlər. Söhbət hansısa banan ölkələrindən yox, Fransa, Almaniya kimi Avropa ölkələrindən gedir. Ümumilikdə  bu gün Donald Trampın düşmənləri o qədər çoxdur ki, sabah nələrsə baş verərsə, ünvanı tapmaq sadəcə olaraq mümkünsüz olar. Bununla yanaşı ekspertlər hesab edir ki, Trampı ABŞ-in bəzi məxfi təşkilatları şantaj etməklə də idarə edə bilər, lazımi məqamda isə öz xoşluğu ilə istefaya da göndərə bilərlər. Artıq indidən dövrü mətbuata Trampla bağlı ötürülən məlumatlar da bunu təsdiqləyir. Beləliklə aydın olan budur ki, Trampın taleyi nə qədər öz əlindədirsə, bir o qədər də ətrafındakıların əlindədir. (istipress)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə