Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Gənclərin peşə akademiyası” bitdi
“Gənclərin peşə akademiyası”  bitdi
18 Yanvar 2017 / 15:35 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi “Gənclərin peşə akademiyası” adlı layihəyə yekun vurdu.

3 ay ərzində davam edən layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə birlikdə tələbələr üçün keçirilmişdir. Layihə çərçivəsində gənclərə peşə hazırlığı, ixtisas seçimi ilə bağlı seminarlar təşkil edilmişdir. Ekspert və təlimçilər tərəfindən gənclərə muasir dovrdə peşələrin kəmiyyət və keyfiyyət etibarilə kifayət qədər çox spektrli və rəngarəng olması izah edilmişdir, peşələrin müxtəlifliyi qarşısında duzgun və zəruri seçim edə bilmələri üçün müvafiq tövsiyyələr verilmişdir. Peşə” və “İxtisas” məfhumlarının mahiyyəti, məzmununu gənclərə aydınlaşdırılmışdır, onun oxşar və fərqli cəhətlərini, insanların əmək predmetləri ilə məşğulluluğunun əməyin xarakterinə uyğun tiplərini bildirilmişdir.

Layihə çərçivəsində gənclərə peşə hazırlığı ilə bağlı buklet və kitabçalar təqdim edilmişdir. Son tədbirdə gənclərə müvafiq sertifikatlar verilmişdir.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə