Загрузка...
Xəbər lenti

Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

7 ailənin yaşadığı bina yandı – VİDEO – FOTO
7 ailənin yaşadığı bina yandı – VİDEO – FOTO
18 Yanvar 2017 / 15:18 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4

Kürdəmirdə 7 ailənin məskunlaşdığı binada yanğın olub.

ARB TV xəbər verir ki, hadisə, rayonun Qarabucaq kəndində qeydə alınıb.

Ümumi sahəsi 600 kvadratmetr olan iki mərtəbəli binada 3 ailənin yaşadığı mənzil alışıb. 210 kvadratmetrlik sahə içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Binanın qalan hissəsi alovdan mühafizə edilib. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Əsmayə Abbasova – zərərçəkən: “Qəfildən ev alışdı, uşaqlar da yuxudan durdular. Elə yemək-içmək verirdik, bir də gördük ki, o biri oğlum yuxarıda olur, gəldi ki, ana, evdən tüstü çıxır. Qışqırdıq, qonum-qonşular gəldilər. Tüstüdən içəri girmək mümkün olmadı. Ev-eşik alışdı, yandı. Elektrikdən oldu, nədən oldu, heç nədən oldu. Evdə heç nə yanmır. Budur, gözünüzün qabağında heç nə çıxarda bilmədik. Tüstüdən, alovdan içəri girmək olmadı, heç nə çıxarda bilmədik”.

arxiv.bizimxeber.az 

7 ailənin yaşadığı bina yandı - VİDEO - FOTO

Şərh əlavə edin

Yuxarı Geri Ana səhifə