Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədəsində problemləri olanlar bu meyvəni mütləq yesinlər
Mədəsində problemləri olanlar bu meyvəni mütləq yesinlər
18 Yanvar 2017 / 23:01 / Baxış sayı: 1574
Font1 Font2 Font3 Font4

Dadına, müalicəvi xüsusiyyətlərinə və pəhriz xassələrinə görə xurma əvəzolunmaz meyvədir.

arxiv.bizimxeber.az sputnik.az-a istinadla xəbər verir ki, xurma mədə pozğunluğunda pəhriz vasitəsi kimi istifadə olunur. Xurmanın şirəsi bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Xalq təbabətində xurmanın quru yarpaqlarının əzilmişi qankəsici və sidikqovucu kimi istifadə olunur.

Meyvələri mədə xəstəliklərində, xüsusilə, qəbizlikdə işlətmə vasitəsi kimi istifadə olunur. Keçmişdə sinqa xəstəliyində onu profilaktika və müalicə vasitəsi hesab edirdilər.

Xurma, xüsusilə, uzun sürən xəstəlikdən sonra məsləhət görülməkdədir. Təkibindəki bol miqdarda beta-karotin sayəsində görmə və dəri üçün də çox faydalıdır. Daha çox natrium, kalsium, manqan və dəmirlə zəngindir. Onların sayəsində xurma bədəni toksinlərdən və şlaklardan təmizləyir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə